Ermənistan hökuməti Nikol Paşinyanın Konstitusiyaya dəyişiklik edilməsi məsələsinin Azərbaycanla müzakirə edildiyini təkzib etməyib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Pastinfo” saytı məlumat yayıb. Bildirilir ki, sayt bununla əlaqədar İrəvan hökumətinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, baş nazir Nikol Paşinyanın Ermənistan Konstitusiyası ilə bağlı mövqeyi bu il mayın 7-də keçirilən mətbuat konfransında, eləcə də digər brifinqlərdə açıq şəkildə ifadə olunub.
Qeyd edək ki, həmin brifinqdə Paşinyan Konstitusiyanın dəyidşirilməsinin zəruri olduğunu deyib. Sayt bundan belə qənaətə gəlib ki, İrəvan Bakı ilə bu barədə danışıq aparır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov hələ bu ayın əvvəlində bildirmişdi ki, sözügedən məsələ ilə əlaqədar Ermənistanla danışıq aparılır.