İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır deyil – Lavrovbackend

İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır deyil – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır. Tribunainfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Qərb tərəfdaşlarımız istəyirlər ki, sülh müqaviləsi (Azərbaycan və Ermənistan arasında) yalnız onların ərazisində imzalansın, bu faktdır. Bu da faktdır ki, Azərbaycan faktiki olaraq münaqişənin dayandırılması və bütün məsələlərin həlli üçün bütöv əməkdaşlıq sisteminin qurulması səylərinin başladığı Rusiya ərazisində bunu imzalamağa hazırdır. Ermənistanın paytaxtına çoxdan müvafiq siqnallar göndərilsə də, İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm”, – Lavrov bildirib.