“Azərbaycanla sülh saziş ratifikasiya edildikdən sonra biz Aİ müşahidəçiləri üçün yeni mandatı müzakirə edə bilərik”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan XİN başçısının müavini Paruyr Hovhannisyan deyib.
Onun sözlərinə görə, hətta gələcəkdə ən müsbət ssenaridə belə, Ermənistan avropalı müşahidəçilərlə davam etmək üçün düzgün modeli tapa biləcəklər.
Görünən odur ki, Ermənistan Azərbaycanla sərhəddə yerləşdirdiyi Avropa müşahidə missiyasından əl çəkmək istəmir. Əksinə, sülh sazişindən sonra da onları saxlamaq fikrindədir.