“İtaliya İrəli” (Forza İtalia) partiyasından olan senator, İtaliya Senatının uşaqlar və yeniyetmələr daimi komissiyasının üzvü Maria Rizzotti Senatın ümumi iclasında çıxış edərək, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi son cinayətlərdən danışıb və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib.

TİA.AZ xəbər verir ki, senator çıxışında Alxanlı olayından danışaraq, Ermənistanın törətdiyi terakta diqqət çəkib:
“2017-ci il iyulun 4-də saat 20:40-da bəşəriyyətin gündəlik çətinliklərlə üzləşdiyi bir anda Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlarda atəşə tutulub, iki nəfərin həyatına əbədi son qoyulub. Yalnız sülh və firavanlıq axtarışında olan bir əhaliyə qarşı yenidən terror törədilib. Ermənistan silahlı qüvvələri ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinə, substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etməsinə məhəl qoymayaraq, yaşlı qadını və onun iki yaşlı nəvəsini öldürüblər”.
M.Rizzotti bildirib ki, mülki azərbaycanlı əhaliyə və mülki obyektlərə qarşı terror hücumlarından da daha betər olan bu kimi birbaşa və qəsdən törədilmiş hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyasının və ona 1 saylı əlavənin ciddi şəkildə pozulmasıdır.
O deyib ki, Ermənistanın 2016-cı ilin aprel hadisələrindən dərs çıxarmalı, status-kvonun dəyişdirilməsini qəbul etməli, beynəlxalq ictimaiyyəti aldatmağı və danışıqlardan yayınmağı dayandırmalıdır.