“Rusiya sanksiyaları yarmaq üçün Azərbaycan və Ermənistanın imkanlarından istifadə edə bilər”. Tribunainfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.
O bildirib ki, Azərbaycanın timsalında enerji əməkdaşlığı Rusiya üçün böyük əhəmiyyət kəsb edir. “Amma Ermənistanda da bizim öz məhsul qruplarımız var”.
Arşeevin sözlərinə görə, təhlükəsizlik məsələlərinə gəlincə, burada vəziyyət dəyişir. “Türkiyə ona görə daha çox əhəmiyyət kəsb edir ki, bu, təkcə Bakıda deyil, görünür, İrəvanda da razılaşdırılıb”.
Rus politoloq hesab edir ki, Rusiya yeni yaranan şərtlər çərçivəsində hərəkət edəcək. “Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun sonrakı taleyinin yenidən nəzərdən keçirilməsi ilə bağlı addımları istisna etmək olmaz. Əgər Ermənistan-Türkiyə münasibətləri tənzimlənərsə, Gümrüdə Rusiya bazasının olmasının mənası anlaşılmaz olacaq”.