İrəvan ABŞ-ın dəhlizlə bağlı təklifindən imtina etdi

İrəvan ABŞ-ın dəhlizlə bağlı təklifindən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamaya Ermənistan tərəfindən reaksiya gəlib.

Tribunainfo.az xəbər verir ki, səfir ABŞ-ın dəhlizi 100 illik icarəyə götürməyə hazır olduğunu və onun təhlükəsizliyinin beynəlxalq korpöorasiyalardan birinə verilməsini təklif etdiyini qeyd edib.

Ermənistan baş nazirinin ofisinin mətbuat katibi Nazeli Bağdasaryan bəyan edib ki, İrəvan bu təklifi qəbul etmək fikrində deyil. “Ermənistan öz suveren ərazisinə nəzarəti üçüncü tərəfə verməyi düşünmür. ABŞ səfirinin Zəngəzur dəhlizini 100 illik icarəyə götürməsi barədə təklifi Ermənistan üçün məqbul deyil”.

Bağdasryan onu da deyib ki, Ermənistanda xarici dövlətlərin torpaq icarəyə götürməsi yalnız bir şəkildə ola bilər. Onun sözlərinə görə, yerli qanunvericiliyə görə, yalnız kənd təsrrüfatı ilə məşğul olmaq üçün müraciət edilərsə, torpaq verilməsi mümkündür. “Ona görə də ABŞ səfirinin dediyi variant mümkün deyil”.

Fərda Uğur