İRAQIN SÜLEYMANİYYƏ ŞƏHƏRİNƏ DRONLA HÜCUM EDİLİBbackend

İRAQIN SÜLEYMANİYYƏ ŞƏHƏRİNƏ DRONLA HÜCUM EDİLİB 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Süleymaniyyə vilayətinin yerli hakimiyyət orqanları vilayətin Mut rayonuna pilotsuz təyyarənin hücumu barədə məlumat verib.

Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, Mat rayonunun qubernatoru Kamran Həsən Şafaq bildirib ki, naməlum dron Mut rayonundakı Qalale ərazisini hədəf alıb.

O, həmçinin bildirib ki, hələlik heç bir itki yoxdur.

İraq xəbər mənbələri hücumun təfərrüatlarını açıqlamayıb və heç bir tərəf buna görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Süleymaniyyə qubernatorluğu İraqın şimal-şərqində, İranla sərhəddə yerləşir