İraqın Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfiri Fatih Ulduzu nazirliyə çağırıb.
İraqın Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfiri Fatih Ulduzu nazirliyə çağırıb.
TİA.AZ xəbər verir ki, bu haqda İraq XİN-nin sözçüsü Əhməd Camal məlumat verib.
Səfirin nazirliyə çağırılmasının səbəbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın reportaj zamanı Haşdi Şabini terror təşkilatı olaraq xarakterizə etməsi olub.
Xatırladaq ki, Ərdoğan “Əl Cəzirə”saytına açıqlamasında “Haşdi Şabi terror təşkilatıdır. Maraqlıdır ki, bunun arxasında kim dayanıb”, – deyə bildirmişdi.
Qeyd edək ki, Haşdi Şabi şiələrdən ibarət İŞİD-ə qarşı döyüşlərdə xüsusi fəallıq göstərən qruplaşmalardan biridir.