İraqın hökumət qüvvələri Mosul şəhərinə hücumları bərpa edib. “Əl-Ərəbiyyə” telekanalının məlumatına əsasən, ordu şərq istiqamətdən şəhərə daxil olub.
İraqın hökumət qüvvələri Mosul şəhərinə hücumları bərpa edib. “Əl-Ərəbiyyə” telekanalının məlumatına əsasən, ordu şərq istiqamətdən şəhərə daxil olub.
Euronews xəbər verir ki, Mosulun İŞİD yaraqlılarından təmizlənməsi uğrunda əməliyyat oktyabrın 17-dən başlayıb. Əməliyyatlarda hökumət qüvvələri,
kürd silahlı birləşmələri – “Peşmərgə” və ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya iştirak edir.
Hərbi əməliyyatların yenidən aktivləşməsi əhalinin şəhəri tərk etməsi prosesini sürətləndirib.