İraq ordusu və Haşdi-Şabi qüvvələri Mosul su anbarını peşmərgədən azad edib.
İraq ordusu və Haşdi-Şabi qüvvələri Mosul su anbarını peşmərgədən azad edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Səhər saatlarında su anbarına nəzarəti təhvil vermək istəməyən peşmərgə ilə Haşdi-Şabi qüvvələri arasında şiddətli atışma baş verib. Atışma nəticəsində 8 Haşdi-Şabi üzvü, 1 nəfər peşmərgə həyatını itirib, daha 11 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, Mosulda yerləşən su anbarı daha əvvəl İŞİD-in nəzarətində olmuş, terrorçular hakimiyyəti anbarı partlatmaqla hədələmişdilər.