İraq ordusu İŞİD-in Suriya ilə sərhəddə yerləşən sonuncu forpostuna yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın hökumət qüvvələri şiə könüllülərinin dəstəyi ilə dünən Əl-Qaim şəhərinə aparan şose üzərində nəzarəti ələ alıb. Bu barədə Livanın Al Manar televiziya stansiyası məlumat yayıb.

 

İraqın hökumət qüvvələri şiə könüllülərinin dəstəyi ilə dünən Əl-Qaim şəhərinə aparan şose üzərində nəzarəti ələ alıb. Bu barədə Livanın Al Manar televiziya stansiyası məlumat yayıb.

TİA.AZ TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qoşunlar və könüllülər sürətlə Əl-Qaim şəhərinə yaxınlaşırlar. İŞİD terrorçularının öz əllərində saxladığı axırıncı sərhəd-keçid məntəqəsi bu şəhərdə yerləşir.

İŞİD-in Suriya ilə sərhəddəki sonuncu böyük forpostuna hücum əmri cümə axşamı günü İraqın Baş naziri Heydər əl-Əbadi tərəfindən verilib. Orada yuva salmış qruplaşma üzvlərinin məhv ediləcəyinə əminliyini bildirən ali baş komandan müraciətində qeyd edib ki, “terrorçuların yalnız bir seçimi var: ölmək, yaxud təslim olmaq”.

Uzunluğu 599 kilometr olan Suriya-İraq sərhədindəki bütün nəzarət-buraxılış məntəqələri may-iyun ayları ərzində İŞİD dəstələrindən təmizlənib.