İraq kürd muxtariyyətinin müstəqillik referendumunda online səsvermə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın şimalındakı kürd muxtariyyətinin sentyabrın 25-nə təyin etdiyi müstəqillik referendumunda online səsvermə başlayıb.
 İraqın şimalındakı kürd muxtariyyətinin sentyabrın 25-nə təyin etdiyi müstəqillik referendumunda online səsvermə başlayıb.

APA-nın “Hürriyet”ə istinadən yaydığı xəbərə görə, artıq ilk səs verilib. Kürdüstan bölgəsi Ali Seçki və Referendum Şurasının rəsmi nümayəndəsi Karvan Cəlal saat fərqi ilə əlaqədar Çindəki iraqlı kürdlər arasında elektron səsvermənin başladığını açıqlayıb: “Referendumda ilk səs Çində verilmiş oldu”.

Qeyd edək ki, istər dünya ictimaiyyəti və BMT, istərsə də qonşu dövlətlər Türkiyə və İran referendumun təxirə salınmasını və ya ləğvini tələb edirlər. Lakin Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani artıq çox gec olduğunu və referendumun baş tutacağını açıqlayıb.