İraq İrana milyard dollardan çox kompensasiya ödəyəcək

İraq İrana milyard dollardan çox kompensasiya ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq kompensasiya kimi İrana 1,1 milyard dollar ödəməli olacaq.

Oxu.Az xəbər verir ki, bununla bağlı İran parlamentinin üzvü Mahmud Sadeqi Twitter”də məlumat verib:

“İraq İrana qarşı müharibəyə görə 1,1 milyard dollar cərimə ödəməli olacaq”.

Onun sözlərinə görə, İran 1980-1988-ci il Fars körfəzindəki müharibəyə görə İraqdan kompensasiya tələb etməyib, çünki İraqın çətin vəziyyətini nəzərə alıb.

Xatırladaq ki, M.Sadeqinin tələbi İraq baş naziri Heydər əl-Abadinin bəyanatından sonra yayımlanıb. Bəyanatda Abadi İraqın Tehrana görə ABŞ sanksiyalarına tuş gəldiyini bildirib.