backend

“İranlılar ermənilərlə əmioğludurlar” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşada Yuxarı məscidin rekonstruksiyasını nəzərdə tutan layihə təsdiqlənib.  

Şuşada Yuxarı məscidin rekonstruksiyasını nəzərdə tutan layihə təsdiqlənib. 

Bu barədə separatçı qurumun “iqtisadiyyat nazir”i Sergey Şahverdyan məlumat verib. Şahverdyan təmir-bərpa planının İran şirkəti tərəfindən hazırlandığını deyib.

Təmir işlərinin Ermənistanda fəaliyyət göstərən “Tarixi Şərq İrsisinin Bərpası Fondu” tərəfindən gerçəkləşəcəyi bildirilir.

Məsələ ilə bağlı azvision.az-a açıqlama verən Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Elman Məmmədov deyib ki, tarixi, mədəniyyət və dini abidələrimizi saxtalaşdırmaq ermənilərin dəbə-baba adətidir: “Ermənilərin Şuşa məscidini bərpa etməsi “timsahın göz yaşları” və ya “tülkünün həccə getməsi”nə bənzəyir. İşğalçı ölkə təəssürat yaratmaq istəyir ki, onlar guya bizim tarixi abidələrimizə hörmətlə yanaşırlar.

İkinci bir məsələ İran vətəndaşları ilə bağlıdır. Bizimlə dini, dili bir olan iranlılar ermənilərlə əmioğludurlar. Hazırda işğal olunmuş ərazilərimizdə talançılıqla məşğul olan o qədər iranlı var ki, ermənilər onlara ibadət üçün yer hazırlayır. Hamı yaxşı bilir ki, erməni məscidə gedib namaz qılmayacaq. Şuşa məscidində İrandan gələnlər ibadət edəcəklər. Ermənilər Şuşa məscidin özününkiləşdirmək istəyir. Bu məscidi azərbaycanlılar yox, ermənilər tikib. Ermənilər oğurluğu yaxşı bacarır. Onlar bizim tarixi abidələrimizi öz adlarına çıxmaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz”.

E.Məmmədov vurğulayıb ki, beynəlxalq təşkilatlar ermənilərin qanunsuz hərəkətlərinin qarşısını almalıdır: “Beynəlxalq təşkilatlar ermənilərin çirkin əməllərinə göz yumur. Nə işğalın qarşısını alırlar, nə də qanunsuz hərəkətlərinə son qoyurlar. Bizim tək ümidimiz Azərbaycan əsgərinədir. Azərbaycan əsgəri öz sözünü deməli, ərazilərimiz düşmən işğalından azad olunmalıdır. Qarabağ işğaldan azad ediləndən sonra tarixi abidələrimizi bərpa etməliyik. Təəssüf ki, biz ermənilərin əməllərinə etiraz və bəyanat verməkdən başqa heç nə edə bilmirik”.