İranlı səfir: “Zəngəzur dəhlizi olmayacaq”

İranlı səfir: “Zəngəzur dəhlizi olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ermənistandakı səfiri Mehdi Sübhani yenə “gül ağzını” açıb.

Tribunainfo.az xəbər verir ki, o, növbəti dəfə Zəngəzur dəhlizi məsələsindən danışıb.

Sübhani bildirib ki, heç bir məsələ zorla həll oluna bilməz. “Zəngəzur dəhlizi olmayacaq. Bunu zorla həyata keçirmək də mümkün deyil”.

İranlı səfir onu da deyib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir.  “Biz sülhün və yolların açılmasının əleyhinə deyilik. Sadəcə, bunların ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində baş verməsinə tərəfdarıq”.

Fərda Uğur