İranlı səfir: “Biz Zəngəzur yoluna dəhliz kimi baxmırıq”backend

İranlı səfir: “Biz Zəngəzur yoluna dəhliz kimi baxmırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fars körfəzi-Qara dəniz dəhlizi iranlı sürücülər üçün müxtəlif və cəlbedici marşrutlardan biridir və Ermənistan İranı Qara dənizə birləşdirən mərkəzdir”. Tribunainfo.az bildirir ki, bu fikirlər İranın Ermənistandakı səfiri Mehdi Sübhaniyə məxsusdur.

O bildirib ki, ilin sonuna kimi iki ölkə arasında yüksək vəzifəli şəxslər səviyyəsində mühüm səfərlər həyata keçiriləcək.

Səfir Zəngəzur dəhlizi məsələsindən də danışıb. O deyib ki, İran həmin dəhlizi “Zəngəzur” olaraq adlandırmır və buna qarşıdır. “Bizim Zəngəzur dəhlizi ilə bağlı mövqeyimiz aydındır. Biz bu sözü işlətməkdə maraqlı deyilik. Eyni zamanda Ermənistanın milli və ərazi suverenliyi altında olan sərhəd blokadalarının aradan qaldırılması ilə razıyıq. Biz geosiyasi dəyişikliklər yaradan hər şeyin əleyhinəyik”.

Sübhaninin sözlərinə görə, Azərbaycanın Kaçarandakı mis-molibden mədəninin su hövzələrini çirkləndirməsi ilə bağlı açıqlaması maraqlı məsələdir. “Bu mühüm məsələdir və ona siyasi prizmadan baxmaq olmaz. Bu məsələ Ermənistanla danışılmalıdır”.

İranın İrəvandakı elçisi onu da vurğulayıb ki, Araz üzərindəki körpü gələcək qarşılıqlı əlaqələr üçün kifayət deyil və iki ölkə yeni körpü tikməlidir.