İranlı “professorun” indi də Qarabağ “dərdi” oyanıbbackend

İranlı “professorun” indi də Qarabağ “dərdi” oyanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əllamə Təbətəbai Universitetinin professoru Ehsan Movahidyan yenidən erməni məsələsinə toxunub. Tribunainfo.az xəbər verir ki, bu dəfə o, Qarabağdan köçmüş ermənilərinin “dərdini” çəkməyə başlayıb.

O deyib ki, İranın Qarabağla bağlı rəsmi mövqeyini artıq dini rəhbəri Əli Xamenei təqdim edib. “Ona görə oradakı erməni sakinlərin öz evlərinə qayıtmaq hüququ var. Onların hüquqlarına, canlarına və əmlakına hörmət edilməlidir və qorunub saxlanılmalıdır. Biz buna inanırıq, lakin bunu həyata keçirmək üçün alətlərimiz yoxdur. Və mən hesab edirəm ki, Ermənistan hökumətinin vəzifəsi o insanları qorumaqdır. Məsələn, beynəlxalq məhkəmələrə müraciət etmək, beynəlxalq hüquq və qaydalardan istifadə etmək, şikayətlər vermək, Azərbaycan hökumətini Qarabağın erməni əhalisinin hüquqlarına hörmət etməyə məcbur etməkdir. Bu, İranın da mövqeyidir”.