İranlı professorun erməni sevgisi: Ehsan Mohdian niyə əndişələnib?

İranlı professorun erməni sevgisi: Ehsan Mohdian niyə əndişələnib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranın Əllamə Təbatəbai Universitetinin professoru Ehsan Mohdian “Mehr” Agentliyində məqalə ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, ifrat ermənisevərliklə müşayət olunan məqalədə İran-Ermənistan maraqlarından bəhs olunur.

Mohdian yazır ki, İran və Ermənistan 100% maraqları üst-üstə düşən iki ölkədir. “Dünyada maraqları üst-üstə bur dərəcədə düşən ikinci ölkə yoxdur”.

O qeyd edib ki, Ermənistanın kommunikasiyaların açılması ilə bağlı təklif etdiyi “sülh kəsişməsi” layihəsi İran tərəfindən dəstəklənməlidir. “İran Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” planını davamlı olaraq alqışlamaqla yanaşı, bu planın təkcə Ermənistan üçün deyil, həm də İranın özü üçün çox vacib olduğunu yaxşı bilir”.

Onun sözlərinə görə, “Şimal-Cənub” dəhlizi Ermənistan və İran üçün böyük əhəmiyyət kəsb edir. “Ona görə də İrəvan və Tehran bu dəhlizin təkmilləşdirilməsi və inkişafı üçün davamlı birgə səylər göstərməlidir”.

Mohdian hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi tezliklə imzalanmayacaq. “Ona görə də biz İran, Ermənistan və Gürcüstan marşrutlarından keçən yaxşı iqtisadi yol variantına daha çox diqqət yetirməliyik”.

Təbətəbai Universitetinin müəllimi Azərbaycanın adını çəkməsə də, dolayısı ilə ölkəmizə qarşı kinini də gizlətməyib. “Biz dəhlizlərdən danışanda bəzi qonşu ölkələr onu Ermənistan ərazisindən keçirmək istəyirlər. Amma Ermənistanın ərazi bütövlüyünə hörmət etmək istəmirlər. Bu Ermənistanın suverenliyinin pozulması və İranın regionda yeganə dost və qonşu ölkəsinə qarşı çıxmaqdır. Bu bizim üçün qəbuledilməzdir”.

Mohdian məqaləsində yazır ki, Türkiyənin bəzi dövlətlərin köməyi ilə türk dünyası yaratmağa çalışması da çox önəmlidir. “Bu gün həmin məqsədlərin həyata keçirilməsinə tək maneə Ermənistandır”.

Bu azmış kimi, o, yenidən Azərbaycanı Erməınistanda səbitliyi pozmaqda günahlandırıb. “Biz aydın görürük ki, bəzi qonşu dövlətlər necə qeyri-sabitlik yaratmaq və hansısa yolla Ermənistanın sabitliyini pozmaqistəyirlər. Onlar Ermənistanın zəngin sivilizasiyasını və mədəniyyətini məhv etməyə çalışırlar”.

Müəllif sonra qeyd edib ki, “İran Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və “bəzi dövlətlərin Ermənistanda yaratmağa çalışdığı qondarma dəhlizdən son dərəcə narahatdır”.