“Ticarət dəhlizlərinin işə salınması İranın geosiyasi təcrid olunması deməkdir”.
Tribunainfo.az xəbər verir ki, bunu Tehran Universitetinin professoru Kiyumərs Yəzdanpənah deyib.
O qeyd edib ki, əgər bu dəhlizlər, o cümlədən “IMEC” işə salınarsa bu, İranı geosiyasi arenada təhlükəli istiqamətə sürükləyəcək. “İran bundan əvvəl Zəngəzur dəhlizinin tikintisinə etiraz etmişdi. Əgər Zəngəzur dəhlizi reallaşarsa, Azərbaycanın Ermənistanın Sünik vilayətindən keçməklə Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışı olacaq. Bu o deməkdir ki, İran-Ermənistan sərhədi həmişəlik kəsiləcək. Bu, təkcə İranın Ermənistanla əlaqəsini kəsməyəcək, həm də İranın Şərqi Azərbaycan əyalətini Türkiyənin Bakıya tranzit yolundan silə bilər”.
Fərda Uğur