İranın mədəniyyət və irşad naziri Məhəmməd Həmid İsmayilinin tvitterdə paylaşımı ölkəni qarışdırıb. Tribunainfo.az xəbər verir ki, nazir HƏMAS lideri İsmayıl Hanıyənin ölümündən bir neçə saat əvvəl qəribə paylaşım edib. O yazıb ki, “Görəsən, Rəisinin uğradığı helikopter hadisəsi də terror idi?”
Onun bu sözləri İranda ciddi müzakirələrə səbəb olub. Həmin səbəblərdən biri budur ki, tvit ismayıl Haniyənin ölümünədn bir neçə saat əvvəl paylaşılıb. Bu da İran cəmiyyətində belə bir rəyin yaranmasına səbəb olub ki, HƏMAS liderinin Tehranda öldürülməsi elə İran rejiminin öz işi olub və nazirin də bundan xəbəri olub.
İkinci məsələ isə İranın sabiq prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı ilk dəfə dövlət rəsmilərindən birinin “terror” ifadəsindən istifadə etməsidir. Çünki indiyə qədər heç bir İran dövlət rəsmisi məlum helikopter hadisəsini terror olaraq və ya terror şübhəsi kimi təqdim etməyib.