İranda xeyli müddətdir davam edən hicab haqqında qanun məsələsi bu ölkənin cəmiyyətini iki yerə bölüb. Tribunainfo.az xəbər verir ki, yeni qanunda sərt tələblərin olması təkcə, adi sakinlərin deyil, eləcə də din alimlərinin də narazılığına səbəb olub.
Qeyd edək ki, əksər ayətullahlar bəyan ediblər ki, hicab məsələsində məcburiyyət ola bilməz. Onlar bu məsələni vətəndaşların ixtiyarına buraxmalarını məsələhət görüblər.
Pezeşkian hökuməti isə birmənalı olaraq bu qanunun icrasını reallaşdırmaq gücündə olmadığını bəyan edib. O, son açıqlamasında da təsdiqləyib ki, cəmiyyətlə ixtilafa girmək riskdir və bu səbəbdən də polis gücünə məsələnin həllinin böyük zərər verəcəyini vurğulayıb.
İranın keçmiş turizm naziri Ezzatullah Zargami də bu əsnada bəyanatla çıxış edib. O deyib ki, insanlar hicab qanununu qəbul etmir. “Hökumət bununla məşğul ola bilməz. Xalqı narahat etməyin, biz inqilabı insanları nəyəsə məcbur etmək üçün etməmişik”.