İranlı konsul: “Vaşinqtonda imzalanmış sənəd bir çox suallar doğurur”

İranlı konsul: “Vaşinqtonda imzalanmış sənəd bir çox suallar doğurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ermənistanın Qafan şəhərindəki baş konsulu Murtaza Abedin yerli mediaya açıqlama verərək, Ermənistanın sərhədlərini nəzarətdə saxlamasını vacib hesab edib.

Tribunainfo.az xəbər verir ki, o, İran Qafqazda sərhəd dəyişikliyinə qarşıdır.

Abedin tarixi faktları təhrif edərək, Ermənistanı “çox qədim” dövlət adlandırıb. “Ermənistan və İran iki qədim dövlətdir və hətta bəzi şərq qonşuları olmayanda belə mövcud olub”.

İranlı baş konsul Vaşinqtonda əldə olunmuş razılaşmaya da münasibət bilddirib. “Vaşinqtonda imzalanmış sənəd bir çox suallar doğurur və onun mahiyyətini tam anlamaq üçün vaxt lazımdır. Hazırda tərəflər arasında məlumat mübadiləsi və müzakirələr aparılır, lakin şeytan təfərrüatlardadır”.

Fərda Uğur