İranlı keçmiş müşavirdən böhtan: “Bakı tranzit yüklərə problem yaradır”

İranlı keçmiş müşavirdən böhtan: “Bakı tranzit yüklərə problem yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentin birinci vitse-spikerinin beynəlxalq məsələlər üzrə keçmiş müşaviri Mustafa Talebpur Azərbaycanla bağlı yalan fikirlər səsləndirib.

Tribunainfo.az xəbər verir ki, o, İrəvanda keçirilən konfransda iddia edib ki, guya, Azərbaycan tranzit yüklərin daşınmasına maneçilik törədir.

Talebpur ,“Azərbaycandan transit yüklərin daşınmasında problem yaranıb. Ona görə də, Ermənistan ərazisindən tranzit İran üçün daha təhlükəsiz və daha əlverişli istiqamət sayıla bilər” deyə bildirib.

Onun iddiasına görə, guya, tranzit yüklər Azərbaycan gömrüklərində açılır və bu da yubanmaya səbəb olur. “44 günlük müharibədən əvvəl İrandan yükdaşımalar Gorus-Qafan yolu ilə həyata keçirilirdisə, müharibədən sonra həmin yol bağlandı və çətin vəziyyət yarandı”.

Fərda Uğur