İranlı ekspertdən qəribə yanaşma

İranlı ekspertdən qəribə yanaşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Ermənistan gələcək möhtəşəm planlarında Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan, bu iki ölkə ilə sərhədləri açmaqdan, sovet dövründən qalma nəqliyyat yollarını bərpa etməkdən və bununla da Paşinyanın təklif etdiyi dördtərəfli sülh layihəsini reallaşdırmaq yer alıb”.

Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Seyid Məhəmmədrza Dəməvəndi deyib.

Onun sözlərinə görə, Paşinyanın konfrans keçirdiyi iclas zalında Xostup dağ silsiləsinin qrafik təsvirindən istifadə edilməsi mesaj xarakteri daşıyır. “Bu o deməkdir ki, Paşinyan Mehri dağlarını Azərbaycana vermək niyyətində deyil”.

Dəmavəndi qeyd edib ki, Xostup dağı ermənilərin “qəhrəmanı” olan Qaregen Njdenin adı ilə bağlıdır. “Həmin dağın ətəyində Njdenin qəbri var. Və bu ermənilər üçün Zəngəzur dağlarının əbədi qorunması anlamını daşıyır”.

Fərda Uğur