İranda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir.
Tribunainfo.az xəbər verir ki, ötən gün Tehran Universitetinin professoru Mərcan Bədii bu barədə danışaraq, molla rejiminin təbliğatını dəstəkləyib və təkrarlayıb.
Xanım Bədii iddia edib ki, əgər Zəngəzur dəhlizi reallaşarsa, bu, İranı təcridə salacaq. “Əgər dəhliz açılarsa və Ermənistan marşrutu bağlanarsa, İranın Avropaya çıxışı üçün alternativ marşrut qalmayacaq”.
Lakin çox keçmədən ona elə öz həmkarından maraqlı cavab gəlib. Tanınmış iranlı iqtisadçı Əlirza Salavati Bədiini tənqid edərək, onun dediklərini cəfəngiyyat adlandırıb: “Xanım Mərcan Bədiininin Zəngəzur dəhlizi barədə dedikləri cəfəngiyatdır. İran gömrüyünün rəsmi rəqəmlərinə görə, son 20 ildə İranın ixrac və tranzitinin 90%-i Azərbaycanın limanları və yolları vasitəsilə gerçəkləşib. Ermənistan marşrutu isə qaçaqmalçıların sevimli yolu olub!”.
Fərda Uğur