İran Qaz Mühəndisliyi və İnkişafı Şirkətinin keçmiş icraçı direktoru Rza Noşədi dünən qaəribə açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, o, İLNA Agentliyinə müsahibəsində Azərbaycanın qaz hasilatı, Zəngəzur dəhlizi, habelə qlobal layihələrdə Bakının yerindən bəhs edib.
Nöşədi deyib ki, hazırda Azərbaycan ildə 48 milyard kubmetr qaz hasil edir. “2027-ci ilə qədər bu rəqəm 60 milyard kubmetrə çatacaq. Bu hasilatın yarısı daxili bazarda istehlak olunur. Yerdə qalanı isə Avropaya ötürülür”.
Onun sözlərinə görə, Azərbaycanın hazırda Suriyaya qaz nəql etmək üçün texniki imkanları yoxdur. “Amma 2027-ci idlən sonra Türkiyə vasitəsi ilə bunu reallaşdıra bilər”.
Nöşədi hesab edir ki, Azərbaycan-Suriya qaz razılaşması siyasi xarakter daşıyır. O, bunu Suriyanın Türkiyənin patronajlığı altında olması ilə əsaslandırıb.
Keçmiş direktor onu da qeyd edib ki. Yaxın Şərqdə enerji ötürülməsi dəhlizləri çox sürüşkəndir və daha az icra olunub. “Buna misal olaraq Transxəzər Boru Kəmərini göstərmək olar. 30 ildir Türkmənistandan Əfqanıstana, Pakistana və Hindistana uzanması nəzərdə tutulan TAP boru kəməri məqsədinə çata bilməyib”.
Rza Noşədi Zəngəzur dəhlizi məsələsinə də toxunub. “Zəngəzur dəhlizi həm də siyasi-iqtisadi dəhlizdir və bu, təkcə enerji ilə bağlı deyil. Türkiyənin öz nümayəndəsi kimi iqtisadiyyat mərkəzli bir imperiyanı dirçəltməyə can atdığı Zəngəzur dəhlizində Osmanlı imperiyasının izlərini axtarmalıyıq”.
Fərda Uğur