“Bu gün Qafqaz müxtəlif ölkələrin oyun meydanına çevrilib və İrana qarşı bir çox təhlükəsizlik təhdidləri yarana bilər”.
Tribunainfo.az xəbər verir ki, bunu Anti-Azərbaycan qrupunun üzvü, ekspert Ehsan Movahedian “Mehr” Agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İran Qarabağın işğaldan azad olunmasına mane olmalıydı. “Şimal-qərb sərhədlərimizdə Qarabağla, Ermənistanla 40-130 km-lik sərhədimiz var idi. Qarabağ nə qədər ki, ermənilərin əlində idi, onu qorumaq üçün bir əsgər belə istifadə etməmişdik”.
Movahedian bildirib ki, dəhliz artıq hazırdır. “Əslində həmin ərazidə dəhliz tamamlanıb və gələn ilin yazına qədər bu dəhlizdə çəkmək istədikləri dəmir yolu, tunel, yol tamamlanacaq”.
Fərda Uğur