İranlı ekspert: “Ermənilər Azərbaycanla sərhəddin açılmasına böyük ümid bəsləyir”

İranlı ekspert: “Ermənilər Azərbaycanla sərhəddin açılmasına böyük ümid bəsləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mövcud mürəkkəb vəziyyəti və Ukrayna müharibəsi və regional gərginliyin kölgəsində Ermənistanla Azərbaycan arasında istənilən sülhün əldə olunması regionun digər ölkələrinin iqtisadiyyatına birbaşa təsir göstərə bilməz”.

Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Qasim Momeni Əbu Dabi görüşünü İLNA Agentliyinə şərh edərəkən deyib.

Onun sözlərinə görə, Ermənistan indiki vəziyyətdə regionda mühüm rol oynamaq üçün Bakı ilə münaqişəni həll etməyə çalışsa da, bundan sonra Ermənistanın ABŞ-la sıx əlaqələri və son zamanlar İrəvanla Qərb arasında müxtəlif sahələrdə əldə olunan razılaşmalar nəzərə alınmaqla, Ermənistan regionda mühüm iqtisadi rol qazanıb. “Çox güman ki, bu, anlaşma memorandumu və ya başqa formatda yekunlaşacaq. Çünki həm ABŞ, həm də Aİ Zəngəzur dəhlizini Avropa üçün yeni enerji dəhlizi kimi həyati əhəmiyyət kəsb edir”.

Momeni qeyd edib ki, Rusiya və Türkiyənin hər hansı razılaşmaya baxışı önəmlidir. “Baş nazir Nikol Paşinyan bəzi daxili müxalifət qrupları və partiyalarının müqavimətinə baxmayaraq, Azərbaycan və Türkiyə ilə siyasi və diplomatik əlaqələr qurmağa, sülh sazişləri imzalamağa çalışır”.

İranlı ekspert vurğulayıb ki, erməni əhalisi sərhədlərin açılmasına böyük ümidlər bağlayır. “Əslində, Ermənistan xalqı iqtisadi problemlər və inflyasiya ucbatından ümidlərini sərhədlərin açılmasına, Azərbaycan və Türkiyə ilə ticarətin inkişafına bağlayıb ki, bu da güzəran və rifahın yaxşılaşmasına səbəb ola bilər”.

Momeni Ermənistana məsləhət də verib. “Zəngəzur marşrutu Ermənistan üçün danışıqlarda mühüm kart kimi mühüm iqtisadi və siyasi güzəştlər əldə etmək üçün ağıllı şəkildə istifadə edilməlidir”.

O, bu il sülh sazişinin imzalanacağına inandığını qeyd edib. “Nəhayət, belə görünür ki, bu il yekun sülh müqaviləsi imzalanacaq və Zəngəzur marşrutu yenidən açılacaq. Bu, Ermənistanı regional və qlobal qarşılıqlı əlaqələrin yeni mərhələsinə çıxara bilər”.

Fərda Uğur