İranlı ekspert: “Bakıya təzyiq göstərilməlidir”

İranlı ekspert: “Bakıya təzyiq göstərilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tehran və Vaşinqton Cənubi Qafqazda mümkün qədər tez sülhə nail olmağa çalışır”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan – İran Əməkdaşlığının İnkişafı Fondunun rəhbəri Puya Hüseyni deyib.

Onun sözlrinə görə, Tramp administrasiyası Yaxın Şərqdə İranla İsrail və ya ABŞ arasında qarşıdurmanın başlaya biləcəyi yeni siyasət yürüdür ki , bu da Azərbaycanın vəziyyətdən yararlana bilməsi riskini yaradır.

Hüseyninin iddiasına görə, Azərbaycan Ermənistana təzyiq göstərmək üçün sona qədər zəmin yaratmağa və özü üçün daha çox şey əldə etməyə çalışacaq.

İranlı ekspert bütün bunları önləmək üçün Azərbaycana təzyiq göstərilməsini vacib sayır. “Vəziyyətdən istifadə edib Bakıya təzyiq göstərmək lazımdır ki, təcili olaraq sülh müqaviləsi imzalansın və ədalətli sülh bərqərar olsun”.

Uğur Rəhimli