İranlı ekspert: “Azərbaycanla münasibətimiz pisləşən kimi dərhal İrəvana üz tuturuq”

İranlı ekspert: “Azərbaycanla münasibətimiz pisləşən kimi dərhal İrəvana üz tuturuq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəribədir ki, Azərbaycanla münasibətimiz pisləşən kimi dərhal Ermənistana üz tuturuq. Halbuki Ermənistanla əlaqlərimiz də yaxşı deyil”.

Tribunainfo.az xəbər verir ki, bu etirafı İran-Ermənistan Dostluq Cəmiyyətinin sədri Məhəmmədrza Dəmavəndi İSNA Agentliyinə verdiyi müsahibədə edib.

O deyib ki, İranın Qafqaza münasibətimiz passiv olub. “Sovet İttifaqının dağılmasından 34 il keçsə də, regionda balanslı və aydın siyasət formalaşdıra bilməmişik”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin yaradılması “illüziya və xəyali plandır”. “Onun əsas məqsədi NATO-nun Rusiya, İran, sonra isə Çinə çıxışı üçün keçid yaratmaq olacaq. Əslində bu, İran, Rusiya və Çini hədəf alan üç qollu dəhlizdir. Onların sırf iqtisadi məqsədlərə malik olduğunu və səyahətləri asanlaşdırdığını və iqtisadi vəziyyəti yaxşılaşdırdığını demələri ictimai rəyi aldatmaq üçün nəzərədə tutulub”.

Dəmavənd onu da iddia edib ki, guya, Naxçıvana giriş əsas ehtiyac deyil. “Bu, bəhanədir və bu çıxış əvvəlki illərdən və Araz dəhlizi vasitəsilə həmişə mövcud olub”.

Qafqaz üzrə mütəxəssis daha sonra Zəngəzur dəhlizinin yaradılmasının anqlo-sakson planı olduğunu da dilə gətirib.. “Azərbaycan və Türkiyə bu planın içindədir. Əsas faydalananlar isə İngiltərə kimi ölkələr olacaq”.

Fərda Uğur