İranlı ekspert: “ABŞ Ermənistana 5000 terrorçu dəstə yerləşdirəcək”

İranlı ekspert: “ABŞ Ermənistana 5000 terrorçu dəstə yerləşdirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin planı Ermənistanın cənubunda “Zəngəzur Türk Respublikası” yaratmaqdır”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə  iranlı politoloq Hüseyn Əhmədi çıxış edib.

O daha sonra sərsəm açıqlama da verib. İddia edib ki, guya, Qərb 5000 nəfərlik dəstəni İranla sərhəddə yerləşdirmək itsəyir. “Məqsəd beş min terrorçunu və onların ailələrini həmin bölgədə, İranla sərhəddə yerləşdirməkdir”.

Əhmədi deyib ki, İran rəsmilərinin məsələni sadələşdirməklə səhv etməsinin səbəbi “dəhliz”, “yol” və “kommunikasiya xətləri” anlayışları arasındakı fərqi anlamamalarıdır. “Sabah Zəngəzur dəhlizinə nəzarət edən şirkət təhlükəsizliyi təmin edə bilməyəcəyini bəhanə edərək, NATO Ermənistanla sərhədimizi nəzarətə götürsə, biz nə edəcəyik?”.

Fərda Uğur