İran əlinə düşən hər fürsətdən istifadə edərək, Azərbaycana qarşı kampaniya düzəltmək və ya ittiham üçün mövzu
Tapmağa çalışır. Tribunainfo.az xəbər verir ki, növbəti belə “bəhanə” Xəzər dənizinin son vəziyyəti ilə bağlı olub.
Belə ki, ekspert Məhəmməd İbrahim Rəisi “İLNA” Agentliyinə verdiyi açıqlamasında iddia edib ki, Xəzər dənizinin çirklənməsində Azərbaycan nefti və kanalizasiya sularının böyük rolu var. “Müstqəillik əldə etdikdən sonra Azərbaycan bütün iqtisadiyyatını neftin üzərində qurub. Xəzər dənizində neft hasilatı ilə məşğul olan Azərbaycan ekoloji qaydalara bir o qədər riayət etmir. Nəticədə, Azərbaycanın hasilatı zamanı neft dənizə düşür və təbii olaraq İran sahillərinə də neftlə çirklənmə müşahidə olunur”.
Rəisi onu da deyib ki, iki ölkə arasında aparılan danışıqlarda bu məsələ nəzərə alınmalıdır və müzakirə edilməlidir. “COP29 konfrası ərəfəsində və həmin çərçivədə Azərbaycanla Xəzərin çirklənməsi məsələsini detallı müzakirə etməliyik”.
O daha sonra bildirib ki, hazırda Xəzər çirkli su və kanalizasiya ilə dolu hövzəyə çevrilir. “Bir tərəfdən bizim sahillərə çatan Azərbaycan neftinin tullantıları, digər tərəfdən də İran sahillərindəki şəhərlərin çirkab suları dənizə axır”.
P.S. İran hər vəchlə çalışır ki, Azərbaycanı ittiham eləsin. İsrail məsələsində əli boşa çıxan Tehran, indi də Xəzər söhbətini ortaya atıb ki, qaşınmayan yerdən qan çıxarsın.