İranlı deputatlar dilə gəldilər: “Dolların bahalaşması iqtisadiyyatı məhv edir”

İranlı deputatlar dilə gəldilər: “Dolların bahalaşması iqtisadiyyatı məhv edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda bir xeyli müddətdir davam edən dolların bahalaşma prosesi artıq ölkə parlamentinin də müzakirə mövzusuna çevrilib. Tribunainfo.az xəbər verir ki, iranlı deputatlar uzun zamandır suqun dayansalar da, dünəndən dilə gəlməyə başlayıblar.

Belə ki, dünənki iclasda deputatların əksəriyyəti bəyan edib ki, dolların bahalaşmasının qarşısı alınmalıdır. Onlar bildiriblər ki, bu bahalaşma ticarətə və ümumi istiehsala dağıdıcı təsir göstərir.  “Dolların bahalaşması iqtisadiyyatı məhv edir. İstehsalçılar nə edəcəklərini bilmirlər. Bu proses dayandırılmalıdır”.

Qeyd edək ki, Pezeşkian hökuməti dolayısı ilə əhaliyə çatdırır ki, məsələnin kökü sanksiyalardır. Özlərinə yaxın media vasitəsi ilə mesaj verirlər ki, onlarlıq bir şey yoxdur, problemin qaynağı mollalardır. Yəni, molla rejimi hökumətin problemi çözməsinə imkan vermir.