İranlı deputatdan Urmiya açıqlaması: “Göl quruyur, lənət olsun sizə”

İranlı deputatdan Urmiya açıqlaması: “Göl quruyur, lənət olsun sizə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran millət vəkili Seyid Məhəmməd Movləvi ölkə parlamentində çıxışı zamanı hökuməti sərt tənqid edib.

Tribunainfo.az xəbər verir ki, o, Urmiyə gölünün qurulmasına görə, müvafiq qurumların cavab verməsini tələb edib.

O bildirib: “Urmiya gölünün qurumasında payı olanlara və mənə lənət olsun ki, heç bir addım atmadıq. Ekologiya Təşkilatı şüşəli otaqlarda oturaraq şüşə arxasından yalnız ördəklərə baxır. Ərvəndərud gölü qurudu. Urmiya gölünü qurutmaqda “hünər” göstərdiniz. Nəyi gözləyirsiniz? Ekologiya Təşkilatı gəlsin cavab versin!”

Fərda Uğur