İranlı deputat: “Zəngəzur dəhlizi məsələsində səhlənkarlıq etmək olmaz”

İranlı deputat: “Zəngəzur dəhlizi məsələsində səhlənkarlıq etmək olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi məsələsi diqqətə alınmasa, gələcək nəsillər İran hökumətini – xüsusilə də prezident Məsud Pezeşkianı – Zəngəzur dəhlizini ABŞ-yə 100 illik icarəyə verməkdə ittiham edəcəklər”.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri Kərəc şəhərinin İran parlamentindəki təmsilçisi Əlirza Abbasi səsləndirib.

Onun sözlərinə görə, Zəngəzur yalnız kiçik və əhəmiyyətsiz bir bölgə deyil. “Bu bölgə İran və Ermənistan sərhədində strateji əhəmiyyətə malik, Cənubi Qafqazın geosiyasi məsələlərində kritik bir nöqtədir. Əgər bu strateji zonaya diqqət yetirilməzsə, İranın tranzit üstünlüyü itiriləcək və bölgədə xarici aktorların təsiri artacaq”.

Deputat İran rəsmilərini Zəngəzurun geosiyasi dəyərini anlamağa və bu mövzuda səhlənkarlıq etməməyə çağırıb. “Diqqətsizlik İranın Qafqazdakı mövqeyinə zərbə vuracaq”.

Fərda Uğur