“İran Moskvanın Tehranla münasibətlərdə paradoksal davranışlardan qaçmasını gözləyir. Rusiya prezidentinin Zəngəzur dəhlizinə dəstək verməklə bağlı son mövqeyinə İran diplomatiyası qəti cavab verəcək”. Tribunainfo.az xəbər verir ki, bu sözləri iranlı deputat Fədahüseyn Maleki “Tasnim” agentliyinə müsahibəsində deyib.
O vurğulayıb ki, Rusiya ikili standartlarla məşğuldur. “Rusiyanın regional məsələlərdə ikili standartları və Zəngəzur dəhlizi yaratmaq istəyi İrana arxadan vurulan zərbədir. Tehran marjinallaşdırılarsa və ya sərhədlərini təhdid edərsə, həlledici cavab verəcək”.