İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Mələki Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edərək, Rusiyanın bu dəhlizlə bağlı iddialarının qəbuledilməz olduğunu bildirib. Tribunainfo.az xəbər verir ki, deputat bununla bağlı Moskvaya xəbərdarlıq olunmasını tələb edib.
O, “Rusiya rəsmiləri son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı iddia irəli sürüblər və bu məsələ İran xalqı və parlament üçün qəbuledilməzdir. Ona görə də Xarici İşlər Nazirliyi bu münasibətlə Rusiyaya ciddi xəbərdarlıq etməlidir. Bundan başqa, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışıb ki, bu da İran üçün qəbuledilməzdir və onlara xəbərdarlıq edilməlidir”- deyə bildirib.