Urmiyə gölünün quruması ətrafında İranda ciddi müzakirələr baş qaldırıb. Tribunainfo.az xəbər verir ki, rəsmi Tehran məsələyə etinasız yanaşsa dda, elm adamları bunun ciddi təhlükələrə səbəb olacağını bəyan edirlər.
İranın Kaft Beynəlxalq Seysmoloji Araşdırmalar İnstitutunun akademik heyətinin üzvü Fəriborz Nateqi Elahi bildirib ki, Urmiya gölü praktiki olaraq gölməçəyə çevrilib. O qeyd edib ki, hökumətlərin gölün qurumaması üçün addım atmamaları böyük bir fəlakətə səbəb olacaq. “Biz dəhşətli duz təhlükəsi ilə üz-üzəyik. Belə davam edərsə, şəhərlərimizin küçələrində duz təpələri peyda olacaq”.
Fərda Uğur