Gələn həftə, oktyabr ayının 12-də ABŞ Prezidenti Donald Trampın İranla nüvə anlaşmasını ləğv edəcəyini açıqlaması gözlənilir.
Gələn həftə, oktyabr ayının 12-də ABŞ Prezidenti Donald Trampın İranla nüvə anlaşmasını ləğv edəcəyini açıqlaması gözlənilir.
“Report” xəbər verir ki, bu barədə məlumat “The Washington Post”da yer alıb.
Qəzetdə yayılan məlumatda bildirilir ki, Trampın İranla nüvə sazişinin ABŞ-ın maraqlarına cavab verməməsi ilə bağlı açıqlama verməsi gözlənilir. Bu addımın daha sonra Konqresdə dəstək alması və İranla nüvə sazişinin (JCPOA) ləğv edilməsi prosesini süərtləndirəcəyi bildirilir. Əgər saziş ləğv olunarsa, İrana qarşı sanksiyalar yenidən bərpa oluna bilər.
Qeyd edək ki, İranla nüvə sazişi 2015-ci ildə İran, ABŞ, Çin, Almaniya, B.Britaniya və Fransa arasında əldə olunub.
“Report”un analitik qrupu bildirir ki, İranla nüvə sazişinin ləğv olunması ilə bağlı prosesin inkişaf etməsi İrana qarşı sanksiyaların tətbiqini gündəmə gətirəcək. Bu da, öz növbəsində, yenidən İranın neft ixracına qadağa ilə nəticələnə bilər. Belə olduğu təqdirdə, neft qiymətlərinin 20-30%-dək yüksəlməsi mümkündür.