İRANLA MÜHARİBƏ QAÇILMAZDIR – DETALLAR AÇIQLANDI

İRANLA MÜHARİBƏ QAÇILMAZDIR – DETALLAR AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla müharibə qaçılmaz görünür. Tribunainfo.az xəbər verir ki, analitiklər bu qənaətdədir. Onların fikrincə, İsrail və anqlosakson blok artıq İranın proksilərini Yaxın Şərqdən yığışdırmağa başlayıblar. Siyasi ekspert Turab Rzayev hesab edir ki, İrana aid bütün hərbi birliklər Zaqris dağından Şərqə köçürülməlidir. Onun sözlərinə görə,
İran XİN rəhbəri Abdullahiyanın Suriya səfəri ərəfəsində ölkənin 2 əsas hava limanının vurulması boşuna deyildi. “İranın bölgədə at oynatmasına daha bundan sonra icazə verilməyəcək. Hətta Suriya ilə görüşüb, növbəti addımı atmağa da.


Digər maraqlı cəhət bölgədəki ABŞ donanmasının və aviasiyasının durmadan güclənməsidir. Aydın məsələdir ki, İsrailin belə bir köməyə ehtiyacı yoxdur. Bəs onda əsl məqsəd nədir? Bir çox hərbi təhlilçilərə görə, əslində Suriyadakı limanları İsrail yox, təyyarədaşıyan gəmilərdən qalxan, ABŞ qırıcıları vurmuşdu. Həm də Hələb İsraildən 900 km uzaqlıqda yerləşir, bu da onu kifayət qədər uzaq hədəf edir. Rusiyanın Suriyanın bombalanmasına reaksiyası çox sərt oldu. Bunu müharibə arealını genişləndirmə ehtimalı olan çox radikal hərəkət olaraq gördülər. İsrailə, açıq şəkildə hədə-qorxu gəldilər.
Ancaq İsrail bu təhdidi ciddiyə almadı və heç bir səbəb göstərmədən Suriyanı yenə də bombaladı”-deyə təhlilçi düşünür. Ekspert əmindir ki, ABŞ-ın yeganə məqsədi təkcə İsrailin müdafiəsi deyil, İranı bir təhdid kimi ortadan qaldırmaqdır.