ABŞ-ın yeni dövlət katibi Marko Rubio İran məsələsindən danışıb. Tribunainfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “İsrail İranın nüvə obyektlərini vurmadan həmlə edə bilər” açıqlamasından sonra dövlət katibi müzakirəni bir qədər də dərinləşdirib.
O qeyd edib ki, Yaxın Şərqdə sülhün bərqərar olması üçün Tehranın təhdidləri ilə mübarizə aparılmalıdır. Rubionun sözlərinə görə, indiki şəraitdə İranla başqa şəkildə danışmaq mümkün deyil.