“İran və İsrail arasında əsəb müharibəsi gedir. Hər iki tərəf xəbərdarlıq edir, amma addım atmır. Sözsüz ki, cavab Tehrandan gözlənilir və buna qədər yəhudi dövləti heç bir zərbə endirməyəcək. Amma İran İsrailə necə cavab verilməsini nəzərdən keçirməkdədir”.
Bu fikirləri Yaxın Şərqdəki gərginliklə bağlı Tribunainfo.az-a siyasi ekspert Fuad Əliyev qeyd edib. Onun sözlərinə görə, İranın cavabı tutarlı olmayacaq və Qərb ölkələri də indidən Tehranı eskalasiyadan çəkinməyə çağırırlar. Ekspertə görə, Rusiya da İranın aktiv münaqişədə iştirakını istəmir, səbəb Ukrayna müharibəsində dəstəyə olan ehtiyacıdır. Amma F. Əliyev düşünür ki, bütün hallarda İran Tehranda Haniyənin öldürülməsinə görə ölkənin imicinə dəymiş zərbənin əvəzini çıxmaq üçün spekulyasiya etməyə çalışacaq ki, guya İsrailin cavabını vermiş oldu.
Roman