İranla iki həftəyə anlaşma əldə oluna bilər: Tehran nələri güzəşt edəcək?

İranla iki həftəyə anlaşma əldə oluna bilər: Tehran nələri güzəşt edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-Iran danışıqları iki həftə ərzində tamamlana bilər.

Tribunainfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu məsələdə nikbin olduğunu açıqlayıb.

O bildirib ki, yaxın iki həftə ərzində İranla nüvə sazişi imzalanacağına böyük ümid bəsləyir. “İranla danışıqlar yaxşı gedir. İki həftə ərzində biz yekun sənəd imzalaya bilərik”.

Bu əsnada İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bəyan edib ki, onlar nüvə obyektlərini amerikalıların üzünə aça bilərlər: “ABŞ-la razılıq əldə olunarsa, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) amerikalı müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır”.

Fərda Uğur