“İRANLA ƏRƏB ÖLKƏLƏRİ ARASINDA MÜNASİBƏTLƏR …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Küveyt İran nümayəndəliyinin işini məhdudlaşdırıb və İran diplomatlarını ölkədən qovub”.  

“Küveyt İran nümayəndəliyinin işini məhdudlaşdırıb və İran diplomatlarını ölkədən qovub”. 

Bu sözləri siyasi analitik Əlirza Zamani Küveyt hökumətinin 15 İran diplomatının ölkədən qovulması haqqında qərarı şərh edərkən TİA.AZ-a deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əsas problemlərdən biri İranın Küveytin daxili işlərinə müdaxiləsi ilə bağlıdır:

“Bir müddət əvvəl İranın Küveytdə casusluq şəbəkəsi aşkar edilmişdi. Küveytdə fəaliyyət göstərən “Əbdili mərkəzi” adlı qrup İrandan hərbi təlimlər alıb və Küveytin müxtəlif strateji informasiyalarını İran Təhlükəsizlik orqanlarına və Livanın Hizbullah qruplaşmasına verib. Bu qrup 2015-ci ildə Küveyt Təhlükəsizlik qüvvələri tərəfindən aşkarlanıb və qrupun üzvlərindən bir çox silah və partlayıcı maddələr aşkarlanıb. Ötən ay Küveyt məhkəməsi həmin qrupun bir sıra üzvlərinə cəzalar verib, bəzisini isə ömürlük həbsə məhkum edib. Məlumatlara görə, məhkum olunan 14 nəfər ölkədən qaçaraq, dəniz yolu ilə İrana gediblər. Bu məsələ iki ölkə arasında münasibətlərə ciddi ziyan vurub. Digər tərəfdən Küveyt digər ərəb ölkələrinə nisbətən dini və məzhəb baxımdan daha yumşaq siyasət yeridir. Beynəlxalq insan haqları təşkilatları Küveytdə dini və məzhəb ayrı- seçkilikləri barədə indiyə qədər ciddi bəyanatlar yaymayıb. Küveytdə əhalinin əksəriyyətini müsəlman sünnilər təşkil etsə də, şiə məzhəbli ərəb müsəlmanlar da Küveytdə yaşayır. İran həmin şiələrdən istifadə edərək, Küveytin daxili işlərinə müdaxilə etməyə cəhd edir”.

Ə.Zamani deyir ki, digər tərəfdən son illərdə İran və Fars körfəzi ölkələri arasında münasibətlərin gərginləşməsi də İran və Küveyt münasibətlərinə təsirsiz ötüşmür:

“Əslində digər ərəb ölkələrinə nisbətən İran- Küveyt münasibətləri daha az gərginliyə malik idi və bu İranla digər ərəb ölkələri arasında Küveytin körpu rolu oynayacağı ümidini gücləndirirdi. Belə olan halda İranla Ərəb ölkələri arasında münasibətlərin bu tezliklə normallaşmasına ümid yoxdu”.

Qeyd edək ki, Küveyt İran diplomatlarına ölkəni tərk etmələri üçün 45 gün vaxt verilib. Bununla Küveyt hökuməti ölkədə cəmi 4 İran diplomatı saxlamaq qərarı qəbul edib.

Hökumət həmçinin İran Səfirliyinin Küveytdəki hərbi və mədəniyyət attaşeliyinin bağlanması ilə bağlı rəsmi Tehrana müraciət edib.

İlahə