İranla Azərbaycan arasında 10 milyardlıq söhbət var

İranla Azərbaycan arasında 10 milyardlıq söhbət var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranda keçirilən 16-cı Azərbaycan-İran iqtisadi əməkdaşlıq komissiyasının iclasında bir sıra maraqlı nəticələrdən danışılıb. Tribunainfo.az xəbər verir ki, Azərbaycan baş nazirinin birinci müavini Şahin Mustafayevlə İran rəsmilərinin görüşündə Tehranın yeni hədəfləri müzakirə mövzusu olub.
Bu ölkənin Yollar və şəhərsalma naziri Fərzanə Sadiq çıxışı zamanı bildirib ki, başlıca hədəf Azərbaycanla ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır. Onun sözlərinə görə, qarşıdakı 5 ildə buna nail olmaları mümkündür.
Bundan başqa, iranlı nazir onu da deyib ki, Zəngilandan Culfaya qədər uzanacaq 107 km-lik yeni yolun inşası davam edir. “Bakını Naxçıvanla birləşdirəcək bu yolun üzərindəki Araz çayıdan keçən körpünün inşası bu ilin yazında başa çatacaq”.
Amma Sadiq təkcə bununla hədəflərinin bitmədiyini qeyd edib. O bildirib ki, Azərbaycan İranla birlikdə Rəşt-Astara dəmiryolunun inşası prosesini sürətləndirib, başa çatdırmalıdır.