İranın yeni hökumətinin təşkili gələn həftəyə qaldıbackend

İranın yeni hökumətinin təşkili gələn həftəyə qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın yeni prezidenti yeni hökumətin formalaşdırılması üçün prosesləri yekunlaşdırmağa başlayıb. İndiyə qədər bir neçə yüngül təyinatlar edən Məsud Pezeşkiyan, nazirlərini müəyyən etmək üçün sonuncu mərhələyə gəldiklərini deyib.
Tribunainfo.az xəbər verir ki, yeni hökumətin tərkibi bu həftənin sonu açıqlanacaq. Vitse prezident Məhəmməd Cavad Zərif bildirib ki, onlar siyahını tamamlasalar da, bəzi düzəlişlər səbəbindən prezidentə təqdim edilməsi yubanır. “Amma şənbə gününə kimi, tam siyahını Pezeşkiyana təqdim edəcəyik. Onun qərarından sonra isə siyahı parlamentə təqdim olunacaq”.