“İki ölkə arasında mühüm qaz layihəsinin həyata keçirilməsi və regional dəhliz marşrutlarının işə salınması ticarət dövriyyəsinin ən azı bir milyard dollar artmasına şərait yaradıb”.
Tribunainfo.az xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsin Pakayin Bakı və Tehran arasında əlqaələrdən danışarkən deyib.
O bildirib ki, Rəşt-Astara dəmiryolu layihəsi reallaşdıqdan sonra Azərbaycan və İran arasında ticarət dövriyyəsi bir qədər də artacaq. “Rəşt-Astara dəmir yolu layihəsinin tamamlanması həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin əlaqələndirilməsində əsas rol oynayacaq və Çin, Qafqaz, Rusiya, Azərbaycan və İranı birləşdirən strateji xəttə çevriləcək”.
Qeyd edək ki, Pakayin də Xəzər dənizi məsələsində “Mazandaran gölü” ifadəsindən istifadə edib. O, Xəzərlə yükdaşınmalar barədə danışarəkən onu “Mazandaran gölü” adlandırıb.
Xatırladaq ki, son zamanlar İranın bir çox rəəsmiləri və ekspertləri məqsədli şəkildə Xəzər dənizinin əsl adını “Mazandaran” kimi təhrif edirlər. Onlar iddia edirlər ki, guya, qədimdə Xəzərin əsl “adı” “Mazandaran” olub.
Fərda Uğur