İRANIN ŞƏT-Ə ÜZVLÜK MƏSƏLƏSİ İYULDA YEKUNLAŞACAQ – XİN RƏHBƏRİbackend

İRANIN ŞƏT-Ə ÜZVLÜK MƏSƏLƏSİ İYULDA YEKUNLAŞACAQ – XİN RƏHBƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri bildirib ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsi təşkilatın növbəti sammitinin keçiriləcəyi iyul ayında yekunlaşacaq.

Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, Abdollahian, Xarici İşlər Nazirliyinin ötən aylarda və həftələrdə əldə etdiyi ən mühüm nailiyyətləri izah etdiyi müsahibəsində bu sözləri deyib: “Şübhəsiz ki, İran regional proseslərdə bir aktor və əsas gücdür”.

İranın yeni dünya düzənində hər hansı bir mövzunun və ya fenomenin müzakirə olunduğu yerdə mövcud olduğunu bildirən Əmir-Abdullahian, İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS və Avrasiya İqtisadi Birliyi (Aİİ) kimi regional bloklara üzvlüyünü davam etdirdiyini bildirib.

O, daha sonra İranın ŞƏT-ə üzvlüyünün tezliklə yekunlaşdırılmasından danışıb və qeyd edib ki, “ŞƏT-i yaradan əsas ölkələrin parlamentinin İranın təşkilata üzvlüyünü yekunlaşdırmaq üçün qəbul etdiyi sonuncu qətnamə Qırğızıstan parlamenti ilə bağlı olub və bu qərar təsdiqlənib. İyulda prezidentin iştirakı ilə Şanxayda İslam Respublikasının daimi və qəti üzvlüyünün elanı veriləcək”.

İranın baş diplomatı çıxışının başqa bir yerində İran-Misir münasibətlərinə toxunaraq deyib: “Tehran və Qahirə arasında ikitərəfli problem yoxdur və İran İran-Misir münasibətlərinin hər iki tərəfin maraqlarına uyğun inkişaf etdirilməsi təşəbbüsünü alqışlayır”.