İranın səfiri erməni uşaqlarına nağıl oxumağı tövsiyyə etdi

İranın səfiri erməni uşaqlarına nağıl oxumağı tövsiyyə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ermənistandakı səfiri Mehdi Sobhani Ümumdünya Uşaqların Müdafiəsi Günü münasibətilə erməni uşaqlarına təbrik məktubu göndərib. Tribunainfo.az xəbər verir ki, iranlı səfir erməni uşaqlarına vətən sevməyi, yaxşı təhsil almağı təklif edib.
O, həmçinin məktubunda erməni uşaqlarına daha çox nağıl oxumalarını tövsiyyə edib. “Çoxlu nağıllar oxuyun və əl-ələ verərək, yeni ölkə qurun. Gələcək sizinlədir”.
P.S. Sübhani erməni uşaqlarına əslində yeni heç nə tövsiyyə etməyib. Onsuz da erməni uşaqları kilsənin, xəyallarda yaşayan revanşist və millətçilərin nağılları ilə böyüyürlər. Uydurulmuş, “dənizdən dənizə Ermənistan” xülyası ilə böyüyən bu yazıqlara başqa bir şey təklif etmək lazım idi. Onlara demək lazım idi ki, düşmənçiliyi yerə qoymaq sizin əlinizdədir, qonşularınızla mehran davranın və münasibət qurun, mənasız müharibələrdən əl çəkin, revanşist və millətçilərin boş, mənasız, heç bir tarixi sübutu olmayan nağıllarından uzaq durun. Amma görünən odur ki, nağıllarla böyüyən ermənilər İrana hələ lazımdır. Çünki bu uşaqlar həmin nağıllarla “silahlanmaqla” gələcəkdə yenə Azərbaycana qarşı düşmənçiliyi davam etdirəcəklər. Bu da Tehran üçün vacibdir.