İranın Rusiyaya hərbi dəstəyi xeyli azalıb.
Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov “Novosti.LIVE”-a müsahibəsində deyib.
Onun sözlərinə görə, İranın Rusiyaya yardımının həcmi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Azalma ilk növbədə Yaxın Şərqdəki münaqişələr və təkcə regionda deyil, İranın özündə də vəziyyətin gərginləşməsi ilə bağlıdır.
Yusovun dediyinə görə, İran Rusiyaya “Şahed” tipli hücum PUA-ları verməklə fəal şəkildə kömək edib, digər silah növlərini də ötürüb. Lakin ruslar “Şahed” istehsalını lokallaşdıra bildilər, buna görə də İrandan birbaşa asılılıq zəifləyib.
Kəşfiyyat sözçüsünün qeyd etdiyinə görə, Rusiya “Şahed” və ya “Geran-2” hücum dronlarının istehsalını artırıb və indi ayda 2700 ədədə qədər istehsal edə bilir.